Martın 25-də Azərbaycan Ordusu Laçın istiqamətində yüksəklikləri nəzarətə götürdü. Ondan bir neçə gün sonra millət vəkili Fazil Mustafaya qarşı terror aktı törədildi. Düşünürəm ki, bu məsələlər arasında bir bağlılıq mövcuddur.
AzerTimes xəbər verir ki, bu sözləri bu gün Milli Məclisin plenar iclasında deputat Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Azərbaycanı bu cür cəhdlərlə qorxutmaq mümkün deyil.