Türkiyənin Qars əyalətində 8 ölkə hərbçilərinin iştirakı ilə “Qış-2023” adlı hərbi təlim keçirilir.
AzerTimes xəbər verir ki, məlumatı Türkiyənin “Gazetakars” nəşri yayıb.
Təlimlər Türkiyə ordusunun 14-cü motoatıcı briqadasının bazasında üçüncü ordu korpusunun komandanlığı altında keçirilir.
Təlim fevralın 2-dək davam edəcək.
Xatırladaq ki, təlimdə Azərbaycan hərbçiləri də iştirak edirlər.
Qeyd edək ki, Qars əyaləti Türkiyə-Ermənistan sərhədində yerləşir.