Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
Bu barədə AzerTimes-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
“Aprelin 29-u saat 18:05 radələrində guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən əlavə edilib.