Ordumuz erməni hərbi xəritəsini belə ələ keçirdi

Ordumuz erməni hərbi xəritəsini belə ələ keçirdi

Ermənistanda Köhnə Tağlar kəndi yaxınlığında erməni terrorçularının ələ keçirilməsi ilə bağlı başlanmış cinayət işi məhkəməyə təqdim edilib.

AzerTimes xəbər verir ki, bu barədə ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, 2020-ci ilin dekabrın 11-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi anti-terror əməliyyatı zamanı terrorçuların komandirləri mayor V.Q. və polkovnik-leytenant C.M.-in səriştəsizliyi ucbatından döyüş mövqelərinin olduğu xəritə də ələ keçirilib. Ermənistan rəhbərliyi iddia edir ki, guya həmin xəritənin ələ keçirilməsi Azərbaycan hərbçilərinə digər erməni postlarını da mühasirəyə almaq imkanı verib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Ordumuza qarşı terror əməliyyatı həyata keçirən silahlı ermənilərin sığındıqları meşə və iki kənd – Köhnə Tağlar və Çaylaqqala nəzarətə götürülmüşdü.

Teqlər: