Demarkasiya olunmuş ərazilərə gəlincə, Ermənistan Müdafiə Nazirliyi bu əraziləri mühafizə etməyəcək, bu vəzifəni Milli Təhlükəsizlik Xidmətinin sərhəd qüvvələri icra edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyanın efirində deyib.
“Sərhədin bu hissələrində Müdafiə Nazirliyinin mövqeləri olmayacaq. Mümkündür ki, biz suveren ərazilərimizdən çıxaq, çünki burada (Tavuş – red.) Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları xidmət edəcək”, – deyə o bildirib.