Ordumuz böyük uğurlara imza atıb, açıqlama veriləcək

Ordumuz böyük uğurlara imza atıb, açıqlama veriləcək

“Bu dəfə də bütün cəbhəboyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndimizi işğaldan azad edib”.

Bu sözləri Prezident İlham Əliyev dünən “Habertürk” kanalına müsahibəsində deyib.

Ölkə başçısı qeyd edib ki, işğaldan azadetmə əməliyyatımız uğurla davam edir: “Bu gün səhər mənə verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Bu məsələ ilə bağlı lazım olan vaxtda açıqlama veriləcək”.