Ermənistan Daxili İşlər Nazirliyi ordunun təlim-məşq toplanışından yayınmaq üçün sərhədi keçməyə çalışan şəxsi saxlayıb.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı P.Gevorq adlı şəxs xüsusi əməliyyat nəticəsində tutulub. O, Gürcüstanla Ermənistan arasında yerləşən “Baqrataşen” sərhəd-keçid məntəqəsində ələ keçib.
Erməni mediası onun işdən azad edildiyini açıqlayıb.
Qeyd olunur ki, P.Gevorq oktyabrın 30-da Ermənistan Cinayət Məcəlləsinin 462-ci maddəsi (təlim-məşq toplanışından yayınma) ilə axtarışa verilib.
Məsələ ilə bağlı araşdırma aparılır.