Xəbər - Samir əli – Trend:
Hazırda orduda tibbi təminat və dərmanlarla bağlı hər hansı bir problem yoxdur.
AzerTimes-ın məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, əlillik dərəcəsi məsələsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılır.