Orduda tərbiyə işinin təşkili və psixoloq ixtisası üzrə kurs keçirilib (FOTO)

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən psixoloqların peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə tədris proqramında nəzərdə tutulan kurs başa çatıb.

Trend Nazirliyə istinadən xəbər verir ki, kursda əsas diqqət hərbi qulluqçuların psixoloji vəziyyətinin qiymətləndirilməsi, hərbi kollektivlərdə sosial-psixoloji proseslərin, o cümlədən müharibədən sonrakı psixoloji proseslərin öyrənilməsi məsələlərinə yönəldilib.

Tədbirin sonunda kursu bitirən zabitlər təbrik edilib, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

Teqlər: