Ordubadın bu kəndinə gedən dağ yolunda uçqun oldu

Ordubadın bu kəndinə gedən dağ yolunda uçqun oldu

Ordubad rayonunda yağan güclü yağış nəticəsində Pəzməri kəndinə gedən dağ yolunda uçqun olub. Dağlardan qopan daşlar və torpaq kütləsi yola tökülüb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən AzerTimes-a bildirilib ki, nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Yolun açılması üçün əraziyə Agentliyin əməkdaşları və texnikası cəlb olunub.

Qısa müddətdə yol təmizlənib və hərəkət bərpa edilib.

Teqlər: