Ordu toy yerini bombaladı: 27 ölü…

Ordu toy yerini bombaladı: 27 ölü…

Myanma ordusuna məxsus hərbi təyyarənin toy mərasiminin keçirildiyi yeri bombalaması nəticəsində 3-ü uşaq olmaqla 27 mülki şəxs ölüb.

AzerTimes xəbər verir ki, hadisə Saqaynq bölgəsinin Matau kəndində yerli vaxtla səhər saat 8:20-də baş verib. Hərbi təyyarə mərasim yerinə təxminən 3 bomba atıb. Hadisə nəticəsində daha 30 nəfər yaralanıb.

Qeyd edək ki, Saqaynq 2021-ci ildə çevriliş nəticəsində hakimiyyəti ələ alan hərbi xuntaya qarşı çıxan Kani Xalq Müdafiə Qüvvələrinin aktiv olduğu bölgələrdəndir. Əvvəllər də tərəflər dəfələrlə bir-birinə qarşı qanlı hücumlar təşkil ediblər.

Teqlər: