Cənubi Koreyanın hərbi aviasiyası və quru qoşunlarının bir neçə bölməsi yanlışlıqla döyüş hazırlığı vəziyyətinə gətirilib.
AzerTimes yerli mediaya istinadən xəbər verir ki, buna səbəb səmada dövrə vuran quş sürüsünün Şimali Koreyaya məxsus pilotsuz uçuş aparatı hesab edilməsi olub.
Belə ki, gün ərzində C.Koreya radarları Kanxva adasına doğru uçan naməlum obyekt müəyyən ediblər. Hədəf KXDR-yə məxsus PUA kimi identifikasiya edilib.