Ordu Papikyana hörmət etmir – Atanesyan

Ordu Papikyana hörmət etmir – Atanesyan

Hazırda Ermənistan ordusunda inkişafın dayandığını müşahidə etmək olar. Bu isə bizim dövlət səviyyəsində orduya mülki şəxsin rəhbərlik etməsi qərarımızdan sonra yaranıb.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Artur Atanesyan deyib.

“Əgər komandirə tabeliyində olanlar arasında, müdafiə nazirinə isə Silahlı Qüvvələrin komandan heyəti arasında hörmət yoxdursa, ordu iyerarxiyası və nizam-intizamı dağılmağa başlayır. Yuxarı komandanlığın əmrlərinə məhəl qoyulmur. Orduda ofislərdə işləyənləri xüsusilə sevmirlər. Onların sırasına müdafiə nazirini də əlavə etmək olar. Məhz peşəkar bilik və təcrübə olmayanda orduda nizam-intizam zəifləyir və inkişaf dayanır”, – o bildirib.

Teqlər: