Ordu iki dəfə döyüş hazırlığına gətirildi – Papikyan

Ordu iki dəfə döyüş hazırlığına gətirildi – Papikyan

Ermənistan ətrafında mövcud təhlükəsizlik vəziyyətini nəzərə alsaq, 2023-cü il respublikanın Müdafiə Nazirliyi və silahlı qüvvələri üçün kifayət qədər çətin oldu.

AzerTimes xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Suren Papikyan parlamentin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının qapalı iclasında çıxışında deyib.

Onun sözlərinə görə, silahlı qüvvələr il ərzində müxtəlif döyüş hazırlığı mərhələlərində olub:

“2023-cü ilin may və sentyabr aylarında təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar silahlı qüvvələr müxtəlif səviyyələrdə döyüşə hazır vəziyyətə gətirilib. Döyüş növbətçiliyi və yüksək hazırlıq xidməti silahlı qüvvələrin imkanlarının bərpası, o cümlədən, əsasən əldə edilmiş təcrübə nəzərə alınmaqla və beynəlxalq standartların tətbiqi ilə aparılan yenidənqurma və şəxsi heyətin komplektləşdirilməsi prosesi ilə paralel həyata keçirilib”.

Teqlər: