Ordu Günü münasibətilə orkestrlərin yürüşü başladı

Ordu Günü münasibətilə orkestrlərin yürüşü başladı

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunub.

AzerTimes xəbər verir ki, hərbi orkestrlər aşağıdakı marşrutlar üzrə yürüş edir:

– Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami kinoteatrı – Neftçilər prospekti – Azadlıq meydanı – AMAY ticarət mərkəzi;

– Şəhidlər Xiyabanı – Alov qüllələri – İçərişəhər metrosu – Qala qapısı – Kukla teatrı – AzNeft dairəsi – Bəhram Gur heykəli;

– Hüseyn Cavid parkı – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı;

– Zabitlər parkı – Milli Sirk – Heydər Əliyev sarayı – Səməd Vurğun küçəsi – Neftçilər prospekti;

– Nərimanov heykəli – Mərkəzi park – Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Milli Bank.

Qeyd edək ki, bu gün saat 19:00-dan 21:00-dək müəyyən edilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq:

– Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı);

– AzNeft dairəsindəki bayraq meydanında;

– Muzey Mərkəzi (bulvar fontanının qarşısı);

– Zabitlər parkında;

– Koroğlu parkında;

– Fəvvarələr meydanında.

Teqlər: