Nigeriya Silahlı Qüvvələri yaraqlıların girov saxladığı 380-dən çox insanı azad edib.
AzerTimes xəbər verir ki, bu barədə Nigeriya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Əlhəsən Harun deyib.
“Nigeriya ordusu Sambisa meşəsində əksəriyyəti qadın və uşaq olan 386 mülki vətəndaşı xilas etdi. Onlardan bəziləri 10 ildən çox idi əsirlikdəydi”, – deyə o qeyd edib.
Haruna bildirib ki, ordu bölgəni yaraqlılardan təmizləmək üçün əməliyyat keçirir.
Qeyd edilir ki, Nigeriyanın şimal-şərqində, Konduqa kəndi yaxınlığındakı Sambisa meşəsi terrorçuların qalalarından biridir.