Orda tatarlar var, Ukrayna üçün asan olacaq – Libanova

Orda tatarlar var, Ukrayna üçün asan olacaq – Libanova

Krımın yenidən Ukraynaya inteqrasiyası Donbasla müqayisədə daha asan olacaq. Çünki döyüşlərə görə ukraynayönlü əhalinin əksəriyyəti regionu tərk etməyə məcbur olub.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın M.V.Ptuxi adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru, akademik Ella Libanova deyib.

“Mən əminəm ki, Krım və Donbas fərqlidir. Bizim üçün Krımda prosesin öhdəsindən gəlmək daha asandır. Əgər Rusiya hərbçiləri oradan çıxarılsa, ukraynayönlü insanların böyük bir hissəsi orada qalacaq. Çünki Krım ilhaq olunanda orada müharibə olmayıb və bir çox insan oranı tərk etməyib. Həmçinin, orada ukraynayönlü Krım tatarları var”, – Libanova bildirib.

Teqlər: