Baş nazir Viktor Orbanın Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə danışıqları Ukrayna böhranının həlli yollarının tapılmasına töhfə verəcək.
AzerTimes xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Danışıqlar nə qədər tez başlasa, atəşkəs bir o qədər tez olacaq və bir o qədər az insan öləcək. Bu, çox açıq müzakirə idi və məncə, bu müharibənin həlli baxımından kömək etdi”, – deyə XİN rəhbəri bildirib.