Orbanın rəhbərlik etdiyi FİDES partiyası Macarıstanda parlament seçkilərində qalib gəlib

Macarıstanda ötən gün keçirilən parlament seçkilərində baş nazir
Viktor Orbanın rəhbərlik etdiyi hakim “FİDES – Macarıstan Vətəndaş
Birliyi” partiyası qalib gəlib.

AzerTimes-ın məlumatına görə, FİDES nümayəndələri kiçik müttəfiqləri
– Xristian Demokratlar ilə birlikdə ölkənin Dövlət Məclisində
(birpalatalı parlament) hələ 199 yerdən 134-nə ümid edə
bilərlər.

Hakim partiya parlamentdə üçdə iki konstitusiya çoxluğunu
saxlaya biləcək. Seçkilər ərəfəsində əksər politoloqlar FİDES-in
qələbəsini proqnozlaşdırsalar da, bunun bu qədər inandırıcı ola
biləcəyini gözləmirdilər.

Seçki komissiyasının saytında dərc olunan hesablamalara görə,
bülletenlərin 71 faizi hesablandıqdan sonra FİDES və
Xristian-Demokrat Xalq Partiyası 55 faiz səs toplayıb. Onların əsas
rəqibi olan altı müxalifət partiyasından ibarət koalisiyası 34 faiz
səs toplayıb.