Orbanın partiyası Avropa Parlamentində iki yer itirdi

Orbanın partiyası Avropa Parlamentində iki yer itirdi

Macarıstanın hakim partiyası Avropa Parlamentinə (AP) seçkilərdə qalib gəlib, lakin 5 il əvvəlki seçkilərdən pis nəticə göstərərək, 13 yerdən 2-ni itirib.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Komissiyasının nəticələrində qeyd olunub.

Komissiyanın saytında yer alan məlumatda qeyd olunub ki, bülletenlərin 95 faizinin sayılmasından sonra Baş nazir Viktor Orbanın lideri olduğu FİDES – Macarıstan Vətəndaş İttifaqı Partiyası kiçik tərəfdaşları olan xristian-demokratlarla birlikdə səslərin 44.39 faizini əldə edib.

Peter Madyarın lideri olduğu Hörmət və Azadlıq Partiyası seçicilərin 29,84 faizinin səsini alıb.

Sol-liberal blok (Demokratik koalisiya, sosialistlər və Macarıstan Uğrunda Dialoq Partiyası – Yaşıllar) isə 8.16 faiz səs toplayıb. Millətçi Bizim Vətən Partiyası isə 6.75 faiz səslə sonuncu olub.

Bununla da FİDES və tərəfdaşı Avropa Parlamentində 11, Hörmət və Azadlıq Partiyası 7, Sol-liberal blok 2 və Bizim Vətən Partiyası isə 1 yer əldə edib.

Teqlər: