Macarıstanın Ukraynadakı səfirini “Böyük Macarıstan” xəritəsi ilə şərf geyinib ictimai tədbirə gələn Baş nazir Viktor Orbanın hərəkətinə görə Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna XİN sözçüsü Oleq Nikolenko deyib.
“Macarıstanda revizionizm ideyalarının təbliği Ukrayna-Macarıstan münasibətlərinə kömək etmir. Macarıstan səfiri artıq Ukrayna XİN-ə dəvət olunub. O, Viktor Orbanın hərəkətinin qəbuledilməzliyi barədə məlumatlandırılacaq”, – Nikolenko bildirib.
Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Macarıstan və Yunanıstan milli futbol komandaları arasında keçirilən yoldaşlıq oyununa gəlib. Onun taxdığı şərfdə tərkibində qonşu dövlətlərin – müasir Avstriya, Slovakiya, Rumıniya, Xorvatiya, Serbiya və Ukraynanın əraziləri olan “Böyük Macarıstan” xəritəsi (Birinci Dünya müharibəsinin sonuna qədər Macarıstan Krallığına məxsus olan, sonra Trianon sülh şərtlərinə əsasən itirdiyi) əks olunub.