Fevralın 1-də keçiriləcək Avropa Birliyi (AB) sammitində Macarıstanı Ukraynaya maliyyə yardımının artırılmasını dəstəkləməyə inandırmaq çətin olacaq.
AzerTimes xəbər verir ki, Lüksemburqun xarici işlər naziri Xavier Bettel deyib.
“Çətindir. Mən Macarıstanın baş naziri Viktor Orbanı yaxşı tanıyıram. Onu inandırmaq asan olmayacaq. Amma indi biz bilirik ki, Ukraynanı dəstəkləməsək, rus işğalı ilə qarşılaşan kim olacaq”, – deyə Bettel bildirib.