Orbandan Zelenskiyə təklif: Rusiya ilə atəşkəs…

Orbandan Zelenskiyə təklif: Rusiya ilə atəşkəs…

Macarıstan Rusiya ilə silahlı münaqişənin həlli ilə bağlı danışıqlara başlamaq üçün Ukraynanı atəşkəs imkanlarını nəzərdən keçirməyə dəvət edib.

AzerTimes xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra deyib.

“Biz prezident Zelenskinin sülh təşəbbüslərini yüksək qiymətləndirir və ondan danışıqlara başlamazdan əvvəl atəşkəs barədə düşünməyi xahiş edirik”, – Orban bildirib.

Baş nazir Macarıstanın Ukrayna ilə geniş spektrli məsələlər üzrə ikitərəfli saziş imzalamaq istədiyini də qeyd edib.

Teqlər: