Macarıstanın Baş naziri Viktor Orban ölkə vətəndaşlarından Avropa Birliyi rəhbərliyinin təzyiqlərinə boyun əyməməyi, Ukraynaya əlavə silah və maliyyə yardımı göstərilməsinə dəstək verməməyi xahiş edib.
AzerTimes xəbər verir ki, hökumət başçısı bütün soydaşlarını poçt vasitəsilə göndərilən sorğu vərəqlərində yer alan bu məsələlərlə bağlı öz fikirlərini bildirməyə dəvət edib.
Orban qeyd edib ki, bu, dövlət suverenliyinin qorunması ilə bağlıdır və AB-də bununla bağlı ciddi müzakirələr gedir:
“Macarlar AB-nin ifa etdiyinə oynamaq istəmir”.