Macarıstan İsveçin NATO-ya üzvlüyünə dair sənədi ratifikasiya edə bilər.
AzerTimes xəbər verir ki, ölkənin Baş nazir Viktor Orban parlamenti İsveçin NATO-ya üzvlüyünə dair sənədi tez bir zamanda ratifikasiya etməyə çağırıb.
Qeyd edək ki, yanvarın 23-də Türkiyə Böyük Millət Məclisi (TBMM) İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.