Belqrad Ukrayna ilə bağlı mövqeyinə görə Macarıstanın Baş naziri Viktor Orbana sui-qəsd hazırlandığı barədə məlumat alıb.
AzerTimes xəbər verir ki, bunu Serbiya baş nazirinin müavini Aleksandr Vulin deyib.
“Qərbin bəyənmədiyi siyasətçilərin şəxsi təhlükəsizliyinə təhdidlərə gəlincə, qeyd edək ki, bir ay ərzində Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına sui-qəsd, İran Prezidenti İbrahim Rəisinin ölümü, ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına qəsd təsadüfdən uzaqdır. Macarıstanın baş naziri Viktor Orbanın həyatına sui-qəsd hazırlandığı barədə də məlumat aldıq”, – Vulin bildirib.