Macarıstanın Baş naziri Viktor Orban və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Argentina prezidentinin andiçmə mərasimi ərəfəsində söhbət 10-15 dəqiqə davam edib.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” Ukrayna nümayəndə heyətinə istinadən məlumat yayıb.
Qeyd edək ki, mediada Argentina prezidentinin andiçmə mərasimi ərəfəsində Orban və Zelenskinin görüşü və qısa söhbətinin görüntüləri yayılıb. Macarıstanın Baş nazirinin mətbuat katibi Havaşi bildirib ki, görüşdə Orban Zelenskiyə AB ölkələrinin Ukraynanın icmaya qəbulu məsələsini daim müzakirə etdiyini deyib.
Bundan əvvəl isə Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak Macarıstan XİN rəhbəri Peter Siyarto ilə söhbətində Orban və Zelenski arasında şəxsi görüşün keçirilməsini təklif edib. Macarıstan XİN-i isə cavabında qeyd edib ki, belə bir görüş ilkin hazırlıq olmadan mümkün deyil.