Ukrayna və Rusiya arasında danışıqlara ABŞ, Çin və ya Avropa Birliyi vasitəçilik təklifi ilə çıxış edə bilər, Macarıstan yox.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Polşanın Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, Macarıstanın Rusiya Prezidenti Vladimir Putinə real təsiri yoxdur:
“Orban Kiyevdə olub, sonra Moskvaya uçub. Onun Moskvaya uçduğunu bilmirdim. Bu, onun müstəqil seçimidir. O, vasitəçi ola bilərmi? Rusiya ilə Ukrayna arasında heç bir vasitəçilik yoxdur”.
Zelenskinin fikrincə, vasitəçi Pytinə iqtisadi və hərbi baxımdan təsir edə bilmək imkanına malik güclü ölkə olmalıdır: ABŞ, Çin və Avropa Birliyi – AB-yə daxil olan ölkələr ayrı-ayrılıqda yox, bir yerdə.