Orban: Ukrayna onları diskriminasiyaya məruz qoyur

Orban: Ukrayna onları diskriminasiyaya məruz qoyur

Ukraynada 2015-ci ildə milli azlıqların hüquqları əlindən alınıb və 100-dən çox məktəb daim ayrı-seçkiliyə məruz qalıb.

AzerTimes xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

“2015-ci ilə qədər Ukraynada nizam-intizam yaradan və orada yaşayan bütün azlıqları, o cümlədən macarları mükəmməl şəkildə təmin edən sistem var idi. Sülh var idi. Heç kimə zərər dəymirdi. 2015-ci ildə hüquqları əllərindən alındı. 100-dən çox məktəb daim ayrı-seçkiliyə məruz qalır”, – deyə Orban bildirib.

Onun sözlərinə görə, Macarıstan Ukrayna ilə həmrəy olduğu üçün bu mövzunu indi gündəmə gətirməyi lazım hesab etmir.

Teqlər: