Macarıstanın Baş naziri Viktor Orban Rusiya və Ukraynaya qısamüddətli atəşkəs təklif edib.
AzerTimes xəbər verir ki, bu barədə Orban “Die Veltvoche” nəşrinə müsahibəsində bildirib.
Nazir bildirib ki, təklifini ilk olaraq Ukrayna Prezidenti Vladimir Zelenskiyə bildirib. Lakin o, təklifi qəti şəkildə rədd edib.
Orban daha sonra öz ideyasını Vladimir Putinə təqdim edib. Rusiya lideri bu məsələdə nikbin olmadığını bildirib.
Hər iki tərəf hesab edir ki, düşmən məcburi fasilədən istifadə edib qüvvələri yenidən qruplaşdıra bilər.