Rusiya Prezidenti Vladimir Putin Moskvaya gələn Macarıstan Baş naziri Viktor Orbanla görüşməmək qərarına gəlib.
AzerTimes xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.
Peskov qeyd edib ki, Putinin Orbanla görüşü planlaşdırılmayıb.
“Bizim bildiyimizə görə, o, ancaq Qorbaçovla vidalaşmaq üçün gəlib. Görüşlər üçün heç bir istək olmayıb”.
Qeyd edək ki, Macarıstan Baş naziri Viktor Orban SSRİ-nin yeganə prezidenti Mixail Qorbaçovla vida mərasimində iştirak etmək üçün Moskvaya səfər edib.