Macarıstanın Baş naziri Viktor Orban Moskvaya səfəri zamanı NATO-nu təmsil etmir, ancaq öz ölkəsi adından danışır.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bildirib.
“Macarıstan bizə qarşıdakı səfər barədə məlumat verdi və mən gözləyirəm ki, Viktor Orban gələn həftə Vaşinqtonda keçiriləcək NATO sammitində iştirak edəcək, onun Moskvada apardığı müzakirələri nəzərdən keçirmək imkanı olacaq. Bu, müttəfiqlər arasında müntəzəm olaraq baş verən bir şeydir”, – Y.Stoltenberq deyib.
Qeyd edək ki, bu gün Viktor Orban Moskvaya səfər edib.