Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 20-də Budapeştə səfər edəcək.
AzerTimes xəbər verir ki, səfər Macarıstan Baş naziri Viktor Orbanın dəvəti ilə baş tutacaq.
Qeyd olunub ki, tərəflər ilin sonunda Budapeştdə keçiriləcək Macarıstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasını hazırlamağı planlaşdırır.