Orban dayanmır: Səhər Çinə getdi, günorta bu ölkəyə…

Orban dayanmır: Səhər Çinə getdi, günorta bu ölkəyə…

Macarıstan Baş naziri Viktor Orban Pekində Çin Prezidenti Si Szinpinlə danışıqlardan sonra Vaşinqtona gedib.

AzerTimes xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

“Növbəti dayanacaq Vaşinqtondur”, – deyə Orban Pekindən ayrılan təyyarənin görüntülərini paylaşıb.

Orbanın ABŞ-a səfər proqramı açıqlanmayıb.

Qeyd edək ki, 5 iyulda Moskvaya gözlənilməz səfər edən Orban həmin gün Şuşaya gəlmiş, 6 iyulda geri qayıdarkən “qəfil səfərləri”nin anonsunu vermişdi.

Ötən gün gecə saatlarında Çinə gedən və bu gün səhər Szinpinlə görüşən Orban artıq ABŞ-a yollanıb.

Orban Ukraynada sülhə nail olmaq üçün çalışır.

Teqlər: