Macarıstan sovet işğalı haqqında çox şey bilir. 1956-cı ildə rus tanklarının küçələrdə olduğu Budapeşti xatırlayıram. O, nə danışdığını bilməlidir.
AzerTimes xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Macarıstan Baş naziri Viktor Orbanın ölkəsinin AB-yə üzvlüyünün sovet işğalına bənzəməsi ilə bağlı sözlərinə cavab verərkən deyib.
O əlavə edib ki, Budapeştin sovet tərəfindən işğalı ilə Berlamontda baş verənlər arasında heç bir oxşarlıq görmür:
“Mən orada bir dənə də tank görmədim. Heç kim Macarıstanı AB-nin üzvü olmağa məcbur etmir”.