Orban: Bu sazişi tezliklə ratifikasiya edəcəyik

Orban: Bu sazişi tezliklə ratifikasiya edəcəyik

Macarıstan parlamenti fevralın 26-da açılacaq yaz sessiyasının əvvəlində İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edəcək.

AzerTimes xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“İsveçlə bağlı məsələ sona çatmaq üzrədir. İsveçin baş naziri ilə birlikdə etimadın bərpası üçün mühüm addımlar atmışıq. Parlament yaz sessiyasında İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edə bilər. Buna doğru gedirik”, – Orban bildirib.

Qeyd edək ki, Macarıstan parlamentinin yaz sessiyası qış tətilindən sonra fevralın 26-da başlayacaq. Hökumət ötən ilin yayında İsveçin NATO-ya qəbulu ilə bağlı qanun layihəsini parlamentə təqdim edib.

Teqlər: