Almaniyanın daxili işlərimizə və ənənəvi dəyərlərlərimizə müdaxiləsinə dözməyəcəyik.
AzerTimes xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Biz qəti şəkildə inanırıq ki, alman problemlərini almanlar həll etməlidir. Almanlar da macar problemlərinin həllinin burada yaşayan macarların işi olduğu qənaətinə gəlsələr, şad olardıq. Almaniyanın Macarıstanın daxili işlərinə istər birbaşa, istərsə də AB qurumları vasitəsilə qarışması artıq böyük miqyasa çatıb”, – Orban bildirib.
Siyasətçi hesab edir ki, Almaniya ilə müqayisədə Macarıstan indi sülh və azadlıq adasıdır, Almaniyada isə liberal hegemonluq hökm sürür.