Avropa Birliyi (AB) tərəfindən tətbiq olunan sanksiyalar Rusiyanı sarsıtmayıb.
AzerTimes xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
O qeyd edib ki, Moskvaya qarşı sanksiyalar uğursuzluqla nəticələnib:
“Avropa da öz növbəsində iqtisadi və siyasi böhran içindədir. AB-yə Ukrayna münaqişəsində sülhə yönəlmiş yeni strategiya lazımdır. AB-nin vəzifəsi tərəf tutmaq deyil, Rusiya və Ukrayna arasındakı müharibəyə mane olmaqdır”.