Orada səs verənlər üçün proses yüksək səviyyədə olacaq

Orada səs verənlər üçün proses yüksək səviyyədə olacaq

İşğaldan azad edilmiş ərazilərdə seçicilərin rahat səsverməsi üçün bütün şərait yaradılıb.

AzerTimes xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19-da keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, 1 sentyabr seçkiləri çərçivəsində siyasi partiyalardan irəli sürülən ümumilikdə 585 səlahiyyətli nümayəndə artıq qeydiyyatdan keçib.

O qeyd edib ki, azad edilmiş ərazilərdəki 34 daimi seçki məntəqəsi seçkilərə tam hazırdır:

“Bundan başqa dediyimiz kimi biz müvəqqəti – beş günlük məntəqələr də yaradırıq. Orada səs verəcək vətəndaşlar üçün proses yüksək səviyyədə olacaq”.

Teqlər: