Xarkov vilayətinin sərhəd zonasında şiddətli döyüşlər gedir. İşğalçılar bəzi kəndlərdə möhkəmlənməyə çalışırlar.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində deyib.
O qeyd edib ki, cəbhədəki vəziyyətlə bağlı baş komandan, kəşfiyyat və daxili işlər nazirinin məruzələrini dinləyib.
“Müdafiə döyüşləri davam edir, sərhəd zolağımızın əhəmiyyətli bir hissəsində amansız döyüşlər davam edir, elə kəndlər var ki, əslində “boz zona”dan döyüş bölgəsinə çevrilib və bəzilərində işğalçı mövqe tutmağa çalışır”.