Oqtay Əliyevin ürək əməliyyatı keçirməsi haqqında yayılan xəbər şayiədir.
AzerTimes xəbər verir ki, bu barədə əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev Teleqraf.com-a açıqlamasında deyib.
“Rəy verilib ki, ürəyində problem olub. Amma ürəyindən əməliyyat olunmayıb, yalandır, şayiədir. Avtomobili idarə edən zaman, sükan arxasında bir anlıq huşunu itirib. Daha sonra qəza baş verib”, – V.Murtuzəliyev bildirib.
V. Murtuzəliyev bacısı Dilarə Əliyevanın səhhətindən də danışıb:
“Dilarə şok vəziyyətindədir. Evdədir, onu da təcili yardım maşını gətirib. Xəsarəti yoxdur”.