Oqtay Əliyevin dəfn olunacağı yer açıqlandı

Oqtay Əliyevin dəfn olunacağı yer açıqlandı

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib.

AzerTimes-ın Report-a istinadən xəbərinə görə, mərhumun sənət dostları, qohumları, ailə üzvləri onunla vidalaşmaq üçün mənzilinə toplaşıb.

Oqtay Əliyev sabah səhər saatlarında Mehdiabad qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, hadisə bu gün axşam saatlarında Abşeron rayonu ərazisində baş verib. Belə ki, O.Əliyevin idarə etdiyi “Leksus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan xalq artisti Mehriban Zəki və əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə xəsarətlər alıb.

Teqlər: