OPEK+ ölkələri nazirlərinin növbəti iclası fevralın 2-si baş tutacaq.
AzerTimes-ın məlumatına görə, bu barədə “TASS” mənbələrə istinadən xəbər verir.
“Görüş fevralın 2-nə təyin edilib”, – deyə mənbə bildirib.
Məlumata əsasən, görüşdə nazirlər mart ayı üçün neft hasilatı planı müzakirə edəcəklər.
Xatırladaq ki, bir qədər əvvəl OPEK+ nazirləri fevralda neft hasilatının sutkalıq 400 min barel artırılması planını saxlamaq qərarına gəliblər.