Bakı vaxtı ilə saat 14:00-da OPEK+ nazirlərinin videokonfrans rejimində danışıqları başlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “TASS”a görüşdə iştirak edən mənbələr məlumat verib.
Məlumata əsasən, görüş təxminən saat 15:00-a qədər davam edəcək.
Bildirilir ki, tərəflər danışıqlar zamanı neft hasilatının ilin sonunadək həcmini və OPEK+ razılaşmasının 2022-ci ilin sonunadək uzadılmasını müzakirə edəcəklər.