OPEK+ Monitorinq Komitəsinin nazirlər iclası və OPEK+ nazirlərinin görüşü iyulun 2-si davam keçiriləcək.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə OPEK katibliyindən bildiriblər.
Yeni cədvələ əsasən, Monitorinq Komitəsinin iclası saat 17:00-da, nazirlərin görüşü isə 18:30-da baş tutacaq.
Xatırladaq ki, bu gün keçirilən iclasda Monitorinq Komitəsi yaxın aylarda neft hasilatının nə qədər artırılmalı olduğuna dair razılığa gələ bilməyiblər.