OPEK+ nazirlərinin monitorinq komitəsinin iclası təxminən saat 17:30-da başa çatıb, görüş bir saatdan az davam edib.
AzerTimes-ın məlumatına görə, bu barədə “TASS” mənbələrə istinadən xəbər verir.
Məlumata əsasən, monitorinq komitəsinin iclasından dərhal sonra OPEK+ nazirlər konfransı başlayıb.
“JMMC başa çatdı, nazirlərin görüşü başladı”, – deyə mənbə bildirib.