OPEK-in yeni baş katibi seçilib

OPEK-ə üzv ölkələrin nazirləri bu gün keçirilən xüsusi videokonfrans zamanı Küveytdən olan Heysəm əl-Qaysini 2022-ci ilin avqust ayından OPEK-in baş katibi vəzifəsinə təyin ediblər.

AzerTimes-ın məlumatına görə, bu barədə qurumdakı mənbədən bildirilib.


Heysəm əl-Qays 2016-cı ildən bu vəzifədə çalışan nigeriyalı Məhəmməd Barkindonun yerinə geləcək. Onun səlahiyyət müddəti 2022-ci ilin iyulunda başa çatır. Heysəm əl-Qays 2017-2021-ci illərdə Küveytin OPEK-dəki nümayəndə heyətinə rəhbərlik edib. Onun namizədliyi siyahıda yeganə olub.

Teqlər: