OPEK+ hasilatı azaltdı: bəs, neft niyə ucuzlaşır?

OPEK+ hasilatı azaltdı: bəs, neft niyə ucuzlaşır?

OPEK+ ölkələrinin neft hasilatını gündə 2 milyon barrel azaltmaq barədə qərarından sonra neftin ucuzlaşması dünyada iqtisadi böhran və resessiyanın dərinləşməsi ehtimallarından irəli gəlir.

Bu sözləri AzerTimes-a iqtisadçı ekspert Natiq Cəfərli deyib.

“Həm Avropa Birliyində, həm də Amerikada iqtisadiyyatın daralacağı və aktivliyin azalacağıyla bağlı hesabatlar dərc olunur. OPEK+ razılaşmasının elan edildiyi ilk 2 gün ərzində neftin qiyməti 5-6% yüksəlmişdi. Ancaq daha sonra neftin qiyməti davamlı şəkildə azalmağa başladı. Məntiqlə iqtisadi aktivlik azalarsa, enerji daşıyıcılarına tələbat da azalır. Belə gözləntilərin yaranması fonunda neft qiymətləri də aşağı düşür”, – o bildirib.

Teqlər: