Xəbər - Ləman Zeynalova – Trend:
OPEC+ sazişinin uğursuzluğa düçar olacağı təqdirdə neftin qiymətləri 40-50 dollar/barelədək azala bilər.
AzerTimes bu barədə Böyük Britaniyanın “Capital Economics” tədqiqat və konsaltinq şirkətinə istinadən məlumat verir.
Qeyd olunub ki, OPEC+un hasilat kvotası ilə bağlı son görüşündəki uğursuzluq dünya neft tədarükünün perspektivləri baxımından qeyri-müəyyənliyi artırıb:
“Fikrimizcə, yaxın aylarda OPEC+la bağlı üç mümkün ssenari mövcuddur. Birinci ssenariyə əsasən, hasilatla bağlı iyul kvotaları 2022-ci ilin aprelinədək qüvvədə qalacaq. Məhdudiyyətlərin aradan qaldırılması il neft tələbatının bərpası nəticəsində dünya bazarında 2021-ci ilin 3-cü və 4-cü rüblərində 2,5 milyon barel/sutka həcmində kəsir yaranacaq. Bu, neft qiymətlərinin artmasına gətirib çıxaracaq”.
İkinci ssenariyə əsasən, saziş yaxın həftələrdə əldə olunacaq:
“Hesab edirik ki, bu ən real ssenaridir, çünki OPEC hər zaman kompromiss əldə edə bilib”.
“Capital Economics” hesab edir ki, ən ekstremal ssenari sazişin tamamilə ləğv olunması və OPEC+ ölkələrinin hasilatı maksimum artırmasıdır.
В то же время в Capital Economics считают, что наиболее экстремальный сценарий – это если все соглашение развалится, и все страны ОПЕК+ максимально увеличат добычу.
(Tərcümə: Orxan Nəbiyev)