OPEC+ riski nəzərə almalıdır – “Wood Mackenzie”

Xəbər - Orxan Nəbiyev – Trend:

OPEC+ növbəti aylarda hasilatı mərhələli şəkildə artırmaq qərarına sadiqdir.

AzerTimes-ın məlumatına görə, bunu “Wood Mackenzie” şirkətinin vitse-prezidenti Anna-Luiza Hittl deyib.

O bildirib ki, OPEC+ qrupunun may-iyul ayları üçün hasilat səviyyəsini eyni saxlamaq tövsiyəsi təşkilatın mövcud riskləri balanslaşdırmaq cəhdləri ilə əlaqədar verilib.

“Wood Mackenzie” 2021-ci ildə qlobal neft tələbatının 6 milyon barel/sutka artacağını proqnozlaşdırır. 2020-ci ildə bu göstərici 10 milyon barel/sutka azalmışdı.

A.L.Hittl bildirib ki, OPEC+ may, iyun və iyul aylarında hasilatı qismən artıracaq:

“Bununla belə, təşkilat növbəti üç ay ərzində tələbin proqnozlaşdırılandan daha az artması riskini nəzərə almalıdır. Neft qiymətləri üçün daha bir risk İranın nüvə proqramı ilə danışıqlarına bərpa olunması ola bilər”.

Teqlər: